Dek 22, 2024 14:07 Asia/Baku
  • ABŞ Qırmızı dənizdə öz qırıcısını vurub

ABŞ ordusu verdiyi açıqlamada qırıcılarından birinin Qırmızı dəniz üzərində səhvən vurulduğunu bildirib.

ABŞ Mərkəzi Komandanlığı CENTCOM-un bəyanatına görə, Qırmızı dəniz üzərində ABŞ Hərbi Dəniz Qüvvələrinə aid F/A-18 qırıcı təyyarəsi “Harry S. Truman” aviadaşıyıcısından havaya qalxdıqdan sonra təsadüfən “USS Gettysburg” kreyseri tərəfindən idarə olunan raketlə hədəfə alınaraq, vurulub.  

Məlumata əsasən, pilotlar qırıcını tərk ediblər. Onlardan birinin yüngül xəsarət aldığı bildirilir.CENTCOM hadisənin düşmən atəşinin nəticəsi olmadığını vurğulayıb, amma hərbi analitiklər sosial şəbəkələrdə Qırmızı dəniz üzərində dost atəşi vəsfini gülünc adlandırıblar və qırıcının Yəmən silahlı qüvvələri tərəfindən vurulduğuna inanırlar.