Mute Egede Trampa:
Biz satılmırıq
Dek 25, 2024 12:19 Asia/Baku
Qrenlandiyanın baş naziri Mute Egede Amerikanın seçilmiş prezidenti Donald Trampa xitabən bildiribdir ki, bu ada satılmır.
Egede deyib: Qrenlandiya bizə aiddir. Biz satılmırıq və heç vaxt da satılmayacağıq. Biz azadlıq uğrundakı uzun mübarizəmizi kənara qoymayacağıq.
Qrenlandiya altı yüz ildən çox bir müddətdə Danimarkanın bir hissəsi olub. Burada Amerikanın böyük bir hava bazası yerləşir.
Tramp şənbə günü Ken Haverini Amerikanın Danimarkadakı yeni səfiri təyin edib və yarımmuxtar Qrenlandiya bölgəsi barədə fikir bildirib.
Tramp özünün «Truth Sosial» adlı sosial şəbəkəsində belə yazıb: Amerika elə hiss edir ki, dünyada azadlığa və milli təhlükəsizliyə görə, Qrenlandiyanın mülkiyyəti və nəzarətini əldə etmək zəruri bir məsələdir.