Pezeşkian Roma Papasını İsa Məsihin mövludu münasibətilə təbrik edib
İran İslam Respublikası prezidenti bir müraciətdə Roma Papası Fransiskə İsa Məsihin (ə) mövludu münasibətilə təbriklərini çatdırıb.
Məsud Pezeşkian çərşənbə günü 2025-ci Milad ilinin başlanması və İsa İbni Məryəmin mübarək mövludunun ildönümü münasibətilə ünvanladığı təbrik müraciətində bildirib: "İsa Məsihin (əleyhissalam) mövludunun qeyd edilməsi ilahi əmrləri və bütün peyğəmbərlərin ədalət, sülh və azadlığa nail olmağa yönəlmiş dəyərli təlimlərini xatırlamaq üçün mənəvi platformadır".
Prezident Pezeşkian əlavə edib: "Müasir dövrdə cəmiyyət bəşər cəmiyyətlərinin problemlərini həll etmək üçün yeni baxışa ehtiyac duyur, ona görə də ilahi peyğəmbərlərin uca xüsusiyyətlərini düşünmək və təfəkkür etmək müasir bəşəriyyətin insani kamilliyə çatmasına yol aça bilər".
İran İslam Respublikası prezidenti ümidvalıq edib ki, Yeni il ərəfəsində məzlum və zülüm çəkən xalqların, xüsusilə də məzlum Fələstin xalqının sülh, təhlükəsizlik və azadlığa qovuşması yolunda təsirli tədbirlərin şahidi olacağıq.
Qeyd edək ki, bu gün şərşənbə günü İsa Məsihin viladətinin ildönümü günüdür.