Sionist rejim səfirinin İngiltərədən qovulması tələb olunub
https://azeri.sahartv.ir/news/dünya-i417453-sionist_rejim_səfirinin_İngiltərədən_qovulması_tələb_olunub
İngiltərə parlamentinin müstəqil üzvü Con Mak Danil sionist rejimin İngiltərədəki səfiri Tzippi Hotovelinin bu ölkədən qovulmasını tələb edib.
(last modified 2025-01-09T11:09:39+00:00 )
Yan 09, 2025 13:44 Asia/Baku
  • Sionist rejim səfirinin İngiltərədən qovulması tələb olunub

İngiltərə parlamentinin müstəqil üzvü Con Mak Danil sionist rejimin İngiltərədəki səfiri Tzippi Hotovelinin bu ölkədən qovulmasını tələb edib.

  Con Mak Danil İngiltərə parlamentinin iclasında İngiltərə xarici işlər nazirinin müavinindən/ İsrail rejiminin/ yaşayışa lazım olan ilkin imkanların Qəzzəyə girişini əngəllməsinə, həmçinin aclıq verməklə fələstinliləri qətlə yetirməsinə, eləcə də müharibə cinayətləri törətməsinə görə, sözügedən rejimin səfirini bu kimi hərəkətlərə və yanaşmalara etiraz olaraq, İngiltərədən qovmasını tələb edib.

İngiltərə parlamentinin/ hökumətin siyasətlərinə qarşı çıxdığı üçün hakim leyboristlər partiyasından kənara qoyulmuş və fələstinlilərin hüquqlarının himayədarı olan bu üzvü belə deyib: Parlament üzvləri İsrailin hücumlarında, eləcə də aclıq və soyuqlar nəticəsində həyatlarını itirən Qəzzə uşaqlarının dəhşətli görüntülərini görüblər.

Con Mak Danil İsrail rejiminin iqtisadi və hərbi cəhətdən tam şəkildə təcrid olunmasını bu rejimin müharibə cinayətləri törətməsinin qarşısını almaq üçün təsirli yol adlandırıb. Bildirib ki, İsrail rejimi durmadan müharibə cinayətləri törətməkdədir.