Yan 14, 2025 19:16 Asia/Baku
  • Kaliforniyada yanğının yayılması və Trampın gəlişi ilə yardımların kəsilməsi qorxusu var

ABŞ-ın Kaliforniya ştatında yanğınlar elə bir halda davam edir ki, güclü küləklərin əsməsi və yeni administrasiyanın işə başlamasından sonra yardımların kəsilməsi ilə bağlı narahatlıqlar vəziyyəti daha da mürəkkəbləşdirib.

Bloomberq bir reportajda bildirib ki, Los-Ancelesdəki meşə yanğınlarının küləklərin yenidən başlanması ilə nəzarətdən çıxa biləcəyi ilə bağlı geniş narahatlıqlar var.

Məlumata əsasən, güclü və quru Santa Ana küləkləri fonunda Los-Ancelesdə və şəhərətrafı ərazilərdə dağıdıcı yanğınlar davam edir və şərait daha da pisləşir.

Bloomberq yazıb: "Bu küləklərin saatda 130 kilometr sürətlə çərşənbə axşamı səhərindən çərşənbə günü səhərinə qədər müxtəlib bölgələrə, o cümlədən Malibu, San Fernando Vadisi və Ventura şəhərinin böyük hissəsinə təsir edəcəyi gözlənilir". 

ABŞ-ın Milli Hava Xidməti "Xüsusilə təhlükəli vəziyyət" xəbərdarlığı edib. Bu yanğınlar indiyədək 24 nəfərin həyatına son qoyub, 38 min hektardan çox ərazini və 12 min binanı məhv edib.

Bu yanğınların iqtisadi zərər və itkilərinin təchizat zəncirinin pozulması və əmək haqqının azalması nəzərə alınaraq, 250 milyard dollardan 275 milyard dollara çatacağı proqnoz edilir. 

Bloomberq yazıb ki, güclü küləklər bəzi yanğınsöndürmə təyyarələrini yerə vura bilər ki, bu da yanğınların qarşısının alınmasını çətinləşdirir".

Qərb mediası 30 mindən çox müştərinin yanğınlardan zərər çəkmiş ərazilərdə işıqsız qaldığını bildirərək, əlavə edib: "Bu hava şəraiti cari ayın sonuna qədər daha da pisləşəcək". 

Blommberq bildirib: "Bu həftənin əvvəlində ən azı iki dəfə şiddətli və quru Santa Ana küləyinin Cənubi Kaliforniyada baş verməsi gözlənilir ki, bu da dağıdıcı alovun qarşısını almaq üçün mübarizə aparan yanğınsöndürmə qruplarının işini çətinləşdirəcək və daha minlərlə sakini təxliyə etməyə məcbur edəcək". 

Cənubi Kaliforniyada yanğınların yayılması ilə bağlı narahatlıqlar elə bir şəraitdə davam edir ki, bu məsələ ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası ilə yeni seçilmiş prezident Donald Tramp arasında siyasi gərginliyi artırıb.

NBC News kanalının xəbər portalı bildirib ki, Tramp Kaliforniya ştatının qubernatoru Gavin Newsomı Kaliforniyanın şimalından suyun bu bölgənin cənubuna nəqlinə mane olmaqda günahlandırıb, amma o, bu iddianı qeyri-düzgün adlandırıb. 

Tramp, həmçinin Bayden administrasiyasını Fövqəladə Halların İdarə Olunması Agentliyinə kifayət qədər maliyyə ayırmadığına və yanğın hidrantlarının boş olmasına görə tənqid edib.

Trampın bu tənqidlərinin qarşısında Kaliforniya qubernatoru yeni administrasiyanın vəzifəyə başlamasından sonra Trampın ştata federal fəlakət yardımını yardımı dayandırması ehtimalı ilə bağlı narahatlığını ifadə edərək deyib: “Tramp vəzifəyə gəldikdən sonra Kaliforniyada zərər çəkmiş bölgələrə federal yardımı dayandıra bilər”.