Cənubi Koreyanın devrilmiş prezidenti həbs edildi
Yan 15, 2025 12:25 Asia/Baku
Cənubi Koreya polisinin bu ölkənin devrilmiş prezidenti Yun Sok Yölü həbs etmək üçün bir neçə uğursuz cəhdindən sonra, nəhayət ki, ölkənin polis qüvvələri bu gün böyük bir əməliyyat keçirərək, cangüdənləri və tərəfdarlarının səddini keçib, Yun Sok Yölü evində həbs etdilər.
Cənubi Koreya polisi, Yun Sok Yölü həbs qərarını icra etmək üçün onun igamətgahına o halda 3200 zabit göndərmişdi ki, yüzlərlə tərəfdarı və partiya üzvləri gecədən şaxtada evi qarşısında yığışmışdılar.