Yan 26, 2025 13:05 Asia/Baku
  • Pxenyan kruz raketlərini sınaqdan keçirib

Şimali Koreya bu gün səhər saatlarında bu ölkənin rəhbəri Kim Çen In-ın nəzarəti altında strateji kruz raketlərini sınaqdan keçirdiyini bildirib.

Sınaqda «dəniz-quru» tipli istiqamətləndirilən kruz raketləri yeddi min beş yüz yeddi və yeddi min beş yüz on bir saniyə uçub və öz hədəflərinə dəyiblər.

Kim Çen In sınaqdan keçirilən sistemi «mühüm silah sistemi» adlandırıb.

«Şimali Koreyanın silahlı qüvvələrinin hərbi çəkindiricilik vasitələri təkmilləşməkdədir və bu ölkə ordunu gücləndirmək üzrə səylərini davam etdirəcək»- deyə, Kim Çen In  vurğulayıb.