Reuters ABŞ və Rusiya arasında aylardır davam edən Ukrayna mövzusundakı danışıqları açıqladı.
https://azeri.sahartv.ir/news/dünya-i418572-reuters_abŞ_və_rusiya_arasında_aylardır_davam_edən_ukrayna_mövzusundakı_danışıqları_açıqladı.
Uzun müddətdən sonra ABŞ və Rusiya arasında ilk rəsmi danışıqlar bir neçə gün əvvəl Riyadda keçirildiyi halda, Reuters xəbər agentliyi 3 mənbəyə istinadən son aylarda tərəflərin İsveçrədə bir neçə danışıqlar apardığını bildirir.
(last modified 2025-02-21T10:18:49+00:00 )
Fev 21, 2025 14:17 Asia/Baku
  • Reuters ABŞ və Rusiya arasında aylardır davam edən Ukrayna mövzusundakı danışıqları açıqladı.

Uzun müddətdən sonra ABŞ və Rusiya arasında ilk rəsmi danışıqlar bir neçə gün əvvəl Riyadda keçirildiyi halda, Reuters xəbər agentliyi 3 mənbəyə istinadən son aylarda tərəflərin İsveçrədə bir neçə danışıqlar apardığını bildirir.

Bu hesabatda deyilir ki, son aylarda Rusiya və ABŞ tərəfləri Ukrayna müharibəsi mövzusunda bir neçə qeyri-rəsmi görüş keçiriblər ki, bunların sonuncusu keçən həftə (Riyad iclasından əvvəl) baş tutmuşdur. Məlumata görə, İsveçrədəki danışıqlarda rəsmi hökumət nümayəndələri iştirak etməyib.