ABŞ-da keçirilən rəy sorğusunun nəticəsi açıqlandı
Amerikalılar Trampı Zelenskidən daha çox diktator hesab edir
ABŞ vətənfaşları bu ölkən prezidenti Donald Trampı Ukrayna prezidenti Vladimir Zelenskidən daha çox diktator hesab edirlər.
Bu barədə “YouGov” şirkətinin 4071 amerikalı arasında keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Bildirilib ki, rəyi soruşulanların 41 faizi Donald Trampı diktator hesab edib, 45 faiz bunun əksini iddia edib, və yalnız 22 faiz respondent Trampla razı olduğunu deyib. 14 faiz isə fikrini bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini seçki keçirməkdən imtina etdiyi üçün diktator adlandırmışdı.
Bu arada amerikalı məşhur yazıçı Stiven Kinq ABŞ prezidenti Donald Trampı satqın, Putini sevən əclaf adlandırıb.
O, bu barədə X sosial şəbəkə səhifəsində yazıb. Cənab Kinq bildirib ki, bu sözlərin iki dəfə artığı İlon Maska aiddir.