Almaniya:
Avropa ABŞ-a təzyiqi artırmalıdır
Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib: "Biz amerikalılara “əgər Avropanın liberal demokratiyalarının yanında dayanmasalar, itirəcəkləri çox şeyin olduğunu” göstərmək üçün onlara təzyiqi artırırıq”.
Berbok cümə günü bildirib ki, Avropa NATO müttəfiqlərinin yanında olmaq və Ukraynaya ədalətsiz sülh tətbiq etməmək üçün Vaşinqtona çox təzyiq göstərməlidir.
Berbok xəbərdarlıq edib ki, Kiyevə heç bir təhlükəsizlik zəmanəti vermədən, Ukraynanın razılığı olmadan, Rusiyaya Ukrayna ərazisini verən istənilən sövdələşmə uğursuz olacaq.
O, əlavə edib: "Saxta sülh, sülh deyil, şantaj və ya təslim olan sülh, sülh deyil, əksinədir: daha çox müharibə və zorakılığa zəmin hazırlayacaq. Ona görə lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik, çünki bu, bizim sülhümüzdür”.
Avropalı liderlər Rusiya və ABŞ arasında gedən danışıqlarda Ukrayna və onun avropalı müttəfiqlərinin olmamasının, Kiyev və Avropanın maraqlarını nəzərə almayan bir razılaşmaya gətirib çıxaracağından narahatdırlar, ona görə də vurğulayırlar ki, istənilən sülh danışıqlarında Ukrayna iştirak etməlidir və Avropanın narahatlıqları nəzərə alınmalıdır.
Belə bir şəraitdə, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında ritorika şiddətlənib. Tramp Zelenskini diktator adlandırıb, Ukrayna prezidenti isə amerikalı həmkarının “yanlş məlumat köpüyünün içində olduğunu deyib.
Tramp cümə gecəsi ən yeni şifahi hücumunda deyib ki, onun fikrincə, Zelenski Ukrayna müharibəsi ilə bağlı danışıqlarda iştirak etməməlidir və vurğulazyıb ki, müharibədə Rusiyanı günahlandırmır, əksinə, ABŞ-ın keçmiş prezidenti Co Bayden və Zelenskini günahlandırır.