Mart 04, 2025 14:56 Asia/Baku
  • Duqin: Bu, Qərbin iki qütb arasında parçalandığını göstərir

Rusiyalı siyasi ekspert, Kremlin ideoloqu Aleksandr Duqin bildirib ki, ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski arasındakı debat kollektiv Qərbin iki qütbə bölündüyünü göstərdi.

Rusiyanın aparıcı siyasi mütəfəkkirlərindən, filosoflarından və sosioloqlarından biri olan Aleksandr Duqin Sputnik Radiosunun canlı yayımında deyib: “Zelenski Ağ Evdən qovuldu, ancaq bu, Qərbdə ciddi parçalanmadır. Artıq kollektiv Qərb mövcud deyil”.Qərbin iki fərqli qütbə bölündüyünü bildirən Duqin bir tərəfdə Ukrayna münaqişəsinə son qoymaq ideyası ilə çıxış edən Trampın, digər tərəfdə isə Ukrayna vasitəsilə Rusiya ilə müharibəni davam etdirmək istəyən qlobalistlərin olduğunu vurğulayıb.Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Qərbin kollektiv kimliyini qismən itirməyə başladığını bəyan etmişdi.