Amerika prezidenti yenə də pafoslu açıqlama verdi
Statistikalar saxta ola bilməz, Tramp yalan danışır - AKTAUL
ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında iddia edib ki, onun ölkəsi yeni qızıl dövrə qədəm qoyub.
Donald Tramp öz çıxışında administrasiyasının siyasətini müdafiə edərək deyib: “Amerika qızıl dövrünə qayıtdı. Amerikanın sürəti qayıdıb, ruhumuz qayıdıb, qürurumuz qayıdıb, inamımız qayıdıb və Amerika Arzusu həmişəkindən daha güclü və möhtəşəm çiçəklənir, iqtisadi nailiyyətlərimizin isə həddi-hüdudu yoxdur”.
Amerika dövlət başçısının özünü təriflədiyinə rəğmən, statistikalar fərqli mənzərə ortaya qoyur.
Bloomberg yazır ki, Tramp ikinci dəfə hakimiyyətə gələndən bəri ABŞ səhmləri birjada 3,4 trilyon dollar dəyər itirib.
Maliyyə analitiklərinin fikrincə, bu rekord eniş ABŞ hakimiyyətinin yeni ticarət rüsumları tətbiq etmək qərarı ilə bağlıdır. İnvestorlar mümkün iqtisadi nəticələrdən, xüsusən də korporativ inkişafın yavaşlaması və mənfəətin azalmasından narahatdırlar.
Trampın Meksika, Kanada, Çin, Aİ və s.-dən gələn mallara rüsumların artırılması və ya yeni tariflərin tətbiqi ilə bağlı ritorikası gücləndikcə, iqtisadi tənəzzül artır. Belə ki, ABŞ-ın ümumi fond bazarı son ən yüksək göstəricidən artıq, 5,9% aşağı düşüb. Məsələn təkcə Nvidia şirkəti 800 milyard dollar kapitallaşma itirib, Tesla şirkəti isə tarixi zirvəsindən 40% aşağı düşüb. Həmçinin Bitcoin sərbəst enişdədir.
Əsas səbəblərdən biri kimi Trampın başladığı “ticarət müharibəsi” göstərilir.