Mart 05, 2025 20:04 Asia/Baku
  • Trampın Konqresdə çıxışı və ABŞ-də daxili çatların aşkar edilməsi

ABŞ prezidenti Donald Trampın Konqres binasındakı ilk çıxışı demokratların etirazı ilə müşayiət olunub.

CNN bir reportajda  Donald Trampın ABŞ Konqresində çıxışına və nümayəndələrin etirazına işarə edərək, bildirib ki, demokratların bu çıxış boyu etirazı o dərəcədə idi ki, ABŞ partiyaları arasında siyasi uçurum heç vaxt bu qədər dərin görünməmişdi.

Məlumata əsasən, Tramp çıxışında iddia edib ki, milyonlarla insan Amerikanın yeni qızıl dövrünü qədəm qoyduğuna inanır. Halbuki, CNN öz reportajında yazıb: "Milyonlarla insan Trampın sevdikləri ölkəni məhvə doğru sürükləyəcəyindən narahatdırlar. 

Müxalifətin əsas fiqurları bu mərasim iştirak etməməyi tərcih etmişdilər. İştirak edən digər Demokratlar əsasən daş üzlü, sərt və səssiz oturmuşdular. Bəzi Demokratlar üzərinə “yalançı” və ya “yalan” yazılan plakatlar qaldıraraq, Trampın sözlərinə qarşı olduqlarını nümayiş etdirdilər. 

CNN, həmçinin bəzi nümayəndələrin mərasimdən qovulmasına işarə edərək, yazıb: "Bu, çirkin və qəzəbli səhnə idi ki, ölkədəki parçalanmaları təcəssüm etdirməkdə böyük rolu var idi". 

Tramp əvvəlki hökumətləri ittiham edərək, özünüyaxşı prezident kimi göstərməyə çalışdı, eyni zamanda hər hansı prezidentdən daha şox parçalanmaya səbəb olan, öz siyasətinin təsirinə işarə etmədi. 

Trump davamlı olaraq, ABŞ-nin keçmiş prezidenti Co Baydeni tənqid edirdi və hətta Massaçusets ştatından olan demokrat senator Elizabeth Varren-ə qarşı irqi təhqirdən istifadə etdi.

Trampın bu iclasda təqdim etdiyi iqtisadi planlar da məyusedici idi. 

Tramp əsasən Konqresdə şou göstərməyə çalışırdı, lakin demokratlar yalnız etinasızlıq və ya müxalifətlərini nümayiş etdirərək, bu şonu izləyirdilər.

Demokrat nümayəndələr çıxışının əvvəlində Trampı haya basdılar və Nümayəndələr Palatasının sədri Konqresin təhlükəsizlik rəsmilərinə Trampın çıxışını pozan Demokrat üzvlərini palatadan çıxarmağı əmr etdi.

Bu zaman demokrat konqresmen Al Qrin Trampın çıxışından uzaqlaşdırıldı.  

Bu elə bir haldadır ki, "Marjorie Taylor Greene" eyni şeyi ABŞ-ın keçmiş Demokrat prezidenti Co Baydenin çıxışında etdi və zaldan çıxarılmadı.