Çin: Qəzzə Fələstin ərazisinin ayrılmaz hissəsidir
Çin xarici işlər naziri Qəzzənin Fələstin ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, xəbərdarlıq edib ki, Qəzzənin statusunun zorla dəyişdirilməsi sülhə gətirib çıxarmayacaq, əksinə gərginliyi daha da artıracaq.
Çin xarici işlər naziri Vanq Yi, həmçinin bildirib ki, Çin və Rusiya qarşıdurmadan çəkinməyə əsaslanan və heç bir üçüncü tərəfi hədəfə almayan unikal birgəyaşayış modeli qurublar”.
Vanq Yi Ukyarnadakı böhranın danışıqlar yolu ilə və dinc şəkildə həll edilməsinin zəruriliyini vurğulayaraq, qeyd edib ki, Çin həmişə qlobal gərginliklər qarşısında diplomatik həll yollarına sadiq qalıb.
Çinin xarici işlər naziri beynəlxalq ictimaiyyəti iki dövlətli həllin reallaşmasına daha çox diqqət yetirməyə və neytral və nəticəsiz reaksiyalar əvəzinə Fələstin probleminin əsaslı həllinə doğru addım atmağa çağırıb.
Vanq Yi deyib: Region ölkələri müstəqil olaraq öz gələcəklərini və müqəddəratlarını özləri təyin etməlidirlər.