Mart 09, 2025 10:25 Asia/Baku
  • Rusiya Fransa ordusunu darmadağın etməklə hədələdi

Rusiya hakimiyyətinə bağlı “Milli Müdafiə” jurnalının baş redaktoru Fransa prezidentinə xəbərdarlıq edib.

İqor Korotçenko deyib: “Emmanuel Makron Parisin ABŞ-ın Avropadakı hərbi və nüvə mövcudluğunu məhdudlaşdıracağı təqdirdə AB-yə üzv dövlətlərə nüvə təhlükəsizliyi zəmanəti verməyə hazır olduğunu bəyan etməklə, Avropa qitəsində kəskin hərbi-siyasi böhranı dərinləşdirəcəkdir”.O qeyd edib ki, Makron dünyanı mümkün Üçüncü Dünya müharibəsi astanasına qoymaqla balanslaşdırır və Paris Moskva və Vaşinqtonun sülh təşəbbüslərini dəstəkləmək əvəzinə faktiki olaraq tamamilə əks istiqamətdə hərəkət edir.

Korotçenkonun fikrincə, bununla bərabər Makronun hansısa “sülhməramlı missiya”nı yerinə yetirmək üçün Ukrayna ərazisinə Fransanın milli hərbi kontingentini daxil etməyə hazır olduğunu deməsi Avropa qitəsində hərbi-siyasi gərginliyin yeni mərhələsi və Avropa İttifaqı ilə Rusiya arasında genişmiqyaslı hərbi-siyasi toqquşma yaratmaq üçün təxribatdır:“Rusiya Ukraynaya xarici qüvvələrin yeridilməsi ilə bağlı elan edilmiş planlara Aİ-nin müvafiq ölkələrinin rus ordusuna qarşı hərbi əməliyyatlara girməsi kimi baxacaq və onların aqressivliyinə qarşı öz arsenalında mövcud olan bütün qüvvə və vasitələrdən istifadə edəcəkdir, - deyə Kremlin adamı vurğulayıb”.