"Ukrayna ilə istənilən razılaşma Moskvanın şərtləri ilə olacaq"
https://azeri.sahartv.ir/news/dünya-i419151-ukrayna_ilə_istənilən_razılaşma_moskvanın_şərtləri_ilə_olacaq
Rusiya Federasiya Şurasının sədr müavini bəyan edib ki, Ukrayna ilə bağlı istənilən razılaşma Vaşinqtonun deyil, Moskvanın şərtləri ilə olacaq.
(last modified 2025-03-12T11:58:05+00:00 )
Mart 12, 2025 15:51 Asia/Baku

Rusiya Federasiya Şurasının sədr müavini bəyan edib ki, Ukrayna ilə bağlı istənilən razılaşma Vaşinqtonun deyil, Moskvanın şərtləri ilə olacaq.

Konstantin Kosaçev deyib: “Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələri yalnız bir şeyi göstərir: Zelenskinin həyata keçirdiyi “quyruq yelləmək” ssenarisi ABŞ-ın keçmiş prezidenti Co Baydendən fərqli olaraq, Trampla qətiyyən işləmir”.Onun sözlərinə görə, danışıqların şərtləri ABŞ tərəfindən irəli sürülür və ukraynalılar onlarla razılaşır: başqa sözlə Zelenski dərin müdafiə mövqeyindədir.