Mart 13, 2025 14:18 Asia/Baku
  • Trampın ticarət müharibəsi Avropaya çatdı

Amerika hökumətinin Avropa İttifaqından polad və alüminium idxalına qoyduğu 25 faizlik tarifin bu gündən icra olunduğu bir halda, İngiltərə hökuməti bildirir ki, praqmatik həll yolu axtarır və buna dərhal cavab verməyəcək.

Donald Tramp Amerikada prezidentliyə çatmazdan öncə demişdi ki, “tarif” gözəl termindir və ölkə iqtisadiyyatının çiçəklənməsinə səbəb olacaq.

Avropa İttifaqının Amerikanın addımından dərhal sonra ABŞ məhsullarına qarşı tarif tətbiq etməklə intiqam tədbiri gördüyünü bildirdiyi bir halda, bir qrup ekspert İngiltərə hökumətinin reaksiyasını “zəif mövqedən çıxış” kimi dəyərləndirir. İngiltərə hökuməti isə deyir ki, Amerika ilə uzunmüddətli və əhatəli bir ticarət müqaviləsi bağlamaq fikrindədir.

Özünü Birləşmiş Ştatların ən yaxın müttəfiqi sayan İngiltərə  hökuməti xüsusən bu ölkənin baş naziri Starmerin ötən ay ABŞ prezidenti Donald Trampla görüşündən sonra sözügedən rüsumların İngiltərə barədə müstəsna təşkil edəcəyini  təsəvvür edirdi, amma belə olmadı.İngiltərədə çıxan sağçı “Daily Mail” gündəlik qəzeti bu haqda belə yazmışdı: İngiltərədə polad və alüminium sənayesi sahibləri deyirlər ki, bu tariflər “mümkün olacaq ən pis zaman”da İngiltərə mallarına tətqbiq ediləcək.

Qardian qəzeti isə belə yazıb: Avstraliyanın baş nazir müavini Riçard Marls Amerika tariflərinin heç bir istisna olmadan bütün ölkələri əhatə etməsinə görə, bu addımı “döğrudan da məyusedici” adlandırıb.

O, sonra belə deyib: Trampın bu hərəkəti “iqtisadi özünəzərbə”dir. Marls vurğulayıb ki, Avstraliya polad və alüminium ixracı üçün digər bazarlar axtarır.

Qardian qəzetinin vebsaytı isə yazıbdır ki: Ukraynada atəşkəs ehtimalı xəbərinin yayılmasından sonra bu gün səhər Avropanın birja bazarlarında pay dəyəri artıbdır.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, Amerikanın  rüsumlar tətbiq etməsi poladqayırma şirkətlərinin paylarının dəyərini kəskin tənəzzülə düçar edəcək və əgər polad üçün yeni bazar tapılmazsa, Avropada polad və alüminium sənayesində xeyli sayda peşə və iş yeri məhv olacaqdır.