Starmer İngiltərədə 9 minə yaxın işçini işsiz qoyur
İngiltərə baş nazirinin xərclərə qənaət edilmək üçün bu ölkədəki səhiyyə və müalicə təşkilatını yığışdıracağını elan etməsindən sonra bu sektorun işçilərindən təqribən doqquz min nəfərin işsiz qalacağı bildirilib. Starmerin bu qərarı həmkarlar ittifaqlarının kəskin tənqidlərilə üzləşib.
İngiltərə baş naziri bu ölkə parlamentinin iclasında belə deyib: Dünyada ən iri qeyri-hökumət təşkilatı olan və dövlət büdcəsindən istifadə edən İngiltərə milli səhiyyə və müalicə təşkilatının idarəolunma tərzi dəyişməlidir.
Bu təşkilatın yığışdırılması ilə, ölkənin səhiyyə və müalicə üzrə dövlət sektorunun xərclərində yüz milyonlarla funt-sterlinqə qənaət olunacaq- deyən Starmerin sözlərinə görə, adı hallanan təşkilat, İngiltərə səhiyyə nazirliyinin «səhiyyə və sosial təminat» şöbəsinə bənzər şəkildə fəaliyyət göstərir və bu paralelçiliyə lüzum yoxdur.
«Daily Mail» qəzeti məsələyə belə yanaşıb: İngiltərə hökumətinin bu addımı ilə, səhiyyə və müalicə təşkilatının on səkkiz min altı yüz işçisinin yarısı öz işini itirəcək.