Mart 17, 2025 11:01 Asia/Baku
  • Pakistanlı qadın qanlı hədiyyəni götürmədi

Pakistanlı memar qadın Qəzzəyə dəstək məqsədi ilə İsrail rejiminin mükafatını rədd etdi

Pakistanın tanınmış memarı Yasmin Lari sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi cinayətlərə etiraz olaraq, sionistlərin mükafatını qəbul etməkdən imtina edib və fələstinlilərin soyqırımının davam etməsini pisləyib.Pakistanın Pəncab əyalətinin Dera Qazi Xan məntəqəsindən olan 84 yaşlı Yasmin, bir neçə beynəlxalq mükafata layiq görülmüş memarlıq sənəti sahəsində məşhur qadındır.

 O, mükafatdan imtina səbəbini İsrailli müəssisəyə yazdığı məktubda belə qeyd edib:“Qəzzədəki vəziyyəti nəzərə alaraq, belə bir mükafatı qəbul etmək mənim üçün qəbuledilməzdir. Pakistan hökuməti İsrail rejimini tanımır və bu saxta rejimlə heç bir rəsmi və ya dolayı əlaqəsi yoxdur. Pakistan xalqı həmişə Fələstin xalqının amallarını müdafiə edib və öz ölkəsinin İsraillə münasibətlərinin istənilən normallaşmasına qarşı çıxıb."