ABŞ özünə sülh yaratma vizyonu yaradır!
Krım Tramp tərəfindən Rusiya torpağı kimi tanına bilər
Mart 20, 2025 14:16 Asia/Baku
Tramp administrasiyası Moskvanın Kiyevlə müharibəsinə son qoymaq üçün razılaşmanın bir hissəsi olaraq Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir.
İki mənbənin sözlərinə görə, Tramp administrasiyası rəsmiləri Birləşmiş Millətlər Təşkilatına da bu xahişlə müraciət edəcək. Belə bir xahiş Tramp administrasiyasını uzun müddətdir Krımı öz ölkəsinin ərazisi hesab edən Rusiya prezidenti Vladimir Putinin mövqeyi ilə uzlaşdıracaq.
Ağ Ev məlumatı şərh etməkdən imtina edib.
Qeyd edək ki, Tramp Ukrayna prezidentini ərazi güzəştinə vadar etmək üçüm dəridən qabıqdan çıxır.