Mart 23, 2025 10:36 Asia/Baku
  • İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Londonda İsrail səfirliyi qarşısında “İsraili silahlandırmaq dayandırılsın” şüarı ilə aksiya keçirilib.

Bu məlumata əsasən, aksiyaya çoxlu sayda həmkarlar ittifaqının üzvü, siyasətçi və sənətçi qatılıb, Britaniya hökumətindən sionist İsrail rejiminə dəstəyini dayandırması istənilib.Onlar bildiriblər ki, dünyanın gözü qarşısında baş verən qırğına görə İngiltərə baş naziri Keir Starmer də məsuliyyət daşıyır.Hakim İşçi Partiyasından olan parlament üzvü Con MakDonnell aksiya iştirakçıları qarşısında çıxış edərək deyib ki, Qəzzədə “dözülməz görüntülər qarşısında susqunluq olmamalıdır”.Fələstinli yeniyetmənin parçalanmış cəsədinin anası tərəfindən toplanaraq dəfn edilməsinə səssiz qaldığına görə Britaniya hökumətini tənqid edən millət vəkili, İsrail səfirinin dərhal ölkədən qovulmasını tələb edib.