Mart 26, 2025 13:50 Asia/Baku
  • BƏƏ prezidenti Donald Trampla danışb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti və ABŞ prezidenti Donald Tramp telefon danışığında Qəzzə zolağında atəşkəs məsələsi də daxil olmaqla bir neçə məsələni müzakirə ediblər. Şeyx Məhəmməd bin Zayid Al-Nəhyan telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin bölgədə hərtərəfli, ədalətli və davamlı sülhün əsası kimi İsrail-Fələstin münaqişəsinin həlli üçün iki-dövlətli həll yoluna sadiqliyini vurğulayıb.

BƏƏ mənbələri xəbər verir ki, Şeyx Məhəmməd Qəzzədə davamlı atəşkəs razılaşmasının təmin edilməsi və regional sabitliyin qorunması üçün davam edən səyləri müzakirə edib və Fələstində xalqa həyati əhəmiyyət daşıyan humanitar yardımların gödərilməsinin vacibliyini vurğulayıb.