Tramp iddiaları təkrarlayaraq: İranla bir həll yolu tapmağa üstünlük verirəm
ABŞ prezidenti Donald Tramp, Tehranın onun məktubuna cavab verdiyini elan etdikdən bir gün sonra İrana qarşı iddialarını təkrarlayaraq, deyib: "Mən İranla məsələləri həll etməyimizə üstünlük verirəm".
ABŞ prezidenti Donald Tramp yerli vaxtla cümə günü Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada iddiaları təkrarlayaraq əlavə edib: "Mən istərdim ki, İranla məsələləri danışıqlar yolu ilə həll edək, lakin əgər həllə nail ola bilməsək, İranın başına çox pis şeylər gələcək".
ABŞ prezidenti İran və onun pilotsuz təyyarələri ilə bağlı sualın cavabında Tehrana məktub göndərdiyinə işarə edərək deyib: "İran çoxlu və effektiv pilotsuz təyyarələr istehsal edir. İran mənim prioritetlər siyahımın başındadır. Mən məktubda yazmışdım ki, qərar vermək vaxtıdır, gəlin danışaq və məsələni həll edək. Mən zəif və ya güclü mövqedən danışmıram. Mən həll etməyə üstünlük verirəm".
İkinci prezidentlik dövründə dəfələrlə İranla razılaşmaya ümid etdiyini bildirən Donald Tramp 4 fevral 2025-ci ildə İran İslam Respublikasına qarşı maksimum təzyiq siyasətini davam etdirmək üçün memorandum imzalayaraq, İran prezidenti ilə danışmağa hazır olduğunu iddia edib. O, memorandumu imzalamaq üçün tərəddüd etdiyini iddia edərək, deyib: "Bu, İran üçün çox çətindir. Ümid edirəm ki, bu seçimi istifadə etməyə ehtiyac qalmaz. Baxaq görək, İranla hər hansı bir razılığa gələ biləcəyik, ya yox”.
ABŞ prezidenti İrana qarşı “maksimum təzyiq” siyasətini nəzərdə tutan memorandumu imzalamasına baxmayaraq, 2025-ci il martın 7-də ölkənin Fox Business xəbərlər kanalına verdiyi müsahibədə İranın Ali Rəhbərinə məktub göndərdiyini və danışıqların aparılmasını tələb etdiyini bildirib".