Mart 29, 2025 16:15 Asia/Baku
  • Nyu-Yorkda Qüds Günü mərasimi

Tramp administrasiyasının Fələstin tərəfdarları olan fəallara qarşı təhdidlərinə baxmayaraq, müxtəlif ölkələrdən olan müsəlmanların, eləcə də bir qrup anti-sionist yəhudinin iştirakı ilə Ümumdünya Qüds Günü mərasimi keçirilib.

Nyu-Yorkda onlarla müsəlman və yəhudilərin anti-sionist qrupu olan Neturey Karta Beynəlxalq Təşkilatının üzvü olan yəhudilər yerli vaxtla cümə günü güclü təhlükəsizlik tədbirləri altında bir araya gələrək, Qüds Günündə dünya müsəlmanları ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Anti-sionist müsəlmanlar və yəhudilər İran İslam İnqilabının banisi İmam Xomeyninin (r.ə) Ümumdünya Qüds Günü ilə bağlı nidasına bir daha ləbbeyk demək üçün müqəddəs Ramazan ayının son cümə günü Nyu-Yorkda Manhettenin qəlbində yerləşən Tayms meydanına toplaşıblar.

İştirakçılar əllərində Fələstin bayraqlarını və işğal olunmuş ərazilərin azad edilməsinə çağıran və İsrailə verilən dəstəkləri və onun  cinayətlərini qınayan plakatlar tutaraq, Fələstinin azad edilməsini tələb ediblər.

Bu il ABŞ hökumətinin sərt siyasəti ucbatından iştirakçıların çoxu üzlərini örtmüşdülər və kameralar qarşısına çıxmaqdan çəkinirdilər.

Eyni zamanda, müxtəlif təbəqələrdən olan onlarla insan son günlər Fələstin tərəfdarı olan tələbələrin həbs edilməsinə etiraz olaraq, ABŞ-ın müxtəlif şəhərlərində nümayiş keçirib.