İnqilab Rəhbərinin Fitr bayramı namazı xütbələrindəki bəyanatı dünya medialarında
İslam İnqilabının Ali Rəhbərinin bu gün səadətli Fitr bayramı namazının xütbələrində İranın Fələstin məsələsi, sionist rejim, həmçinin İran-Amerika müzakirələri ilə bağlı mövqeyi barədə etdiyi bəyanat, dünya medialarında geniş surətdə əks etdirilib.
Röyters bu haqda belə yazır: İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün xəbərdarlıq etdilər ki, Amerikanın İrana hücum edəcəyi təqdirdə, bu ölkə İrandan qarşılıqlı və kəskin cavab alacaq.
O həzrət radio və televiziya kanallarından canlı şəkildə yayımlanan çıxışında Vaşinqtonun təhdidlərinə işarə ilə belə söylədilər: Amerikanın və sionist rejimin düşmənçilikləri həmişə olubdur. Onlar bizi hücumla təhdid edirlər ki, biz onu çox ehtimal etmirik, amma əgər onlar avantüraya əl atarlarsa, mütləq sərt qarşılıqlı zərbə alacaqlar.Röyters-in məlumatında sonra deyilir:
Bu sözlər, Amerika prezidenti Donald Trampın bu gün bir daha İranı hədələməsindən sonra söylənib.
Tramp təhdidlə bildiribdir ki: Əgər Tehran yeni müzakirə təklifini qəbul etməzsə, hücum hədəfinə çevriləcək.Ekonomik Tayms qəzetinin xəbər vebsaytı da İİslam İnqilabının Ali Rəhbərinin bəyanatını işıqlandırıb: İslam İnqilabının Rəhbəri bazar ertəsi günü xəbərdarlıq etdi ki, Amerikanın hücum edəcəyi təqdirdə, İran qarşılıqlı və şiddətli cavab verəcək.
O həzrət belə dedi: Onlar ölçü götürməklə hədələyirlər, lakin əgər onu həyata keçirərlərsə, qəti surətdə sərt zərbə alacaqlar.