Myanma zəlzələsində həlak olanların sayı 3000-i keçdi; Ordu atəşkəs elan etdi
https://azeri.sahartv.ir/news/dünya-i419558-myanma_zəlzələsində_həlak_olanların_sayı_3000_i_keçdi_ordu_atəşkəs_elan_etdi
Myanmada baş verən şiddətli 7.7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 3003 nəfərə çatdı.
(last modified 2025-04-03T10:18:35+00:00 )
Apr 03, 2025 14:17 Asia/Baku
  • Myanma zəlzələsində həlak olanların sayı 3000-i keçdi; Ordu atəşkəs elan etdi

Myanmada baş verən şiddətli 7.7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 3003 nəfərə çatdı.

Ötən həftə baş verən zəlzələ Myanmadakı vətəndaş müharibəsi səbəbindən ölkədəki humanitar böhranı daha da dərinləşdirdi. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, bu Şərqi Asiya ölkəsində zəlzələdən əvvəl ən azı üç milyon insan didərgin düşüb, təxminən 20 milyon insan isə humanitar yardıma ehtiyac duyurdu.

 Myanma hakimiyyətini ələ keçirən ordu, indiyə qədər 3003 nəfərin həyatına son qoyan zəlzələdən sonra yardım işlərinin asanlaşdırılması üçün müvəqqəti atəşkəs elan etdiyini bildirib.

 Myanma ordusu 2021-ci ildə Aun San Su Çjinin seçilmiş hökumətini devirdi və indiyədək davam edən vətəndaş müharibəsinə səbəb oldu.