Amerikada Trampın və Maskın siyasətlərinə qarşı genişmiqyaslı etirazlar başlayıb
Donald Trampın və İlon Maskın qalmaqalllı siyasətlərinin ardınca Amerika xalqı bu ölkənin mindən çox şəhərində küçələrə axışıb. Onlar qüvvələrin azalmasına və prezidentin ixtiyarlarının artmasına etiraz ediblər.
Soyuq və yağışlı hava şəraitinə rəğmən, Boston, Vaşinqton və Çikaqo kimi iri şəhərlərdə minlərlə nəfər küçələrə çıxıb. Trampın və Maskın siyasətlərinə etiraz edən aksiyaçıların əllərində, üzərlərində «Yaxamızdan əl çəkin!» və «Maskı qovun!» kimi şüarlar yazılmış plakatlar olub.
Amerikanın dövlət qulluqçularından iki yüz min nəfərdən çox insan, yeni siyasətlər üzündən ixrac edilib.
Boston və Vaşinqtondakı iri aksiyalar iyirmi min nəfərdən çox insanın iştirakı ilə keçirilib.
Amerikalılar sosial xidmətlərin azalmasına və onun xalqın həyatına olan mənfi təsirlərinə etiraz edirlər.