Kim Çen In yeni snayper tüfəngini sınaqdan keçirib
Şimali Koreya rəhbəri Kim Çen In, bu ölkənin xüsusi əməliyyat qüvvələrinin məşq bazasında olarkən kompleks taktiki hazırlıq və snayper silahından atəşaçma üzrə təlimləri izləyib.
Şimali Koreya lideri yeni snayper tüfəngini şəxsən sınaqdan keçirib. Bu tüfəng tezliklə Şimali Koreyanın xüsusi əməliyyat qüvvələrinin istifadəsinə veriləcək.Yeni silahın sınaqdan keçirilməsi, Şimali Koreyanın xarici təhdidlər qarşısında xüsusi təyinatlı qüvvələrin hazırlıq səviyyəsini artırmaq və bu ölkənin hərbi qüdrətini gücləndirilmək sahəsindəki səylərini nümayiş etdirir.Kim Çen In bu baxış zamanı qüvvələrin real bacarıqlarının gücləndirilməsi üzrə intensiv təlimlərin keçirilməsinin önəminə təkid edib. O, həmçinin yeni snayper tüfənginin işindən razılıq edib və onu, ölkəyə sədaqət və vətənpərvərliyin simvolu adlandırıb.Şimali Koreya lideri bundan qabaq xəbərdalıq etmiş və bildirmişdi ki, Şimali Koreyanın suverenliyinin Amerika və Cənubi Koreya tərəfindən pozulacağı təqdirdə, bu ölkə nüvə silahları da daxil olmaqla, mövcud olan bütün silahlardan istifadə edəcək.