Apr 06, 2025 12:14 Asia/Baku
  • Sionist lobbinin BMT məruzəçisini kənarlaşdırmaq cəhdi uğursuz qaldı

İtaliyalı hüquqşünas Françeska Albanese sionist lobbinin ciddi səylərinə rəğmən, 2028-ci ilədək BMT-nin işğal olunmuş Fələstində insan hüquqları üzrə xüsusi məruzəçisi olaraq qalıb.

Sionist rejimin və bəzi ölkələrin müxalifətlərinə rəğmən, BMT-nin insan hüquqları şurası Albanese-nin tapşırıq müddətini uzadıb.

Albanese sionist rejimin işğal olunmuş Fələstin ərazilərindəki cinayətlərini ifşa etdiyinə və bu rejimin hərəkətlərini soyqırım adlandırdığına görə, İsrail rejimi tərəfdarlarının kəskin hücumlarına məruz qalıb.

Françeska Albanese 2022-ci ilin aprelində

Birləşmiş Millətlər Təşkilatının işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi təyin edilib. Albanese elə o vaxtdan bəri sionist rejimin hərbi cinayətlərini sənədləşdirməyə başlayıb.

Dəfələrlə soyqırım konvensiyasının İsrail rejimi tərəfindən pozulmasına işarə edən xanım Albanese Fələstin xalqını müdafiə edibdir.

Sionist lobbi Albanesenin öz missiyasını davam etdirməsini əngəlləmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə can atdı.

Analitiklər inanırlar ki, Albanesenin missiyasının davam etməsi, sionist rejimə təzyiq və Fələstində insan hüquqlarının pozulması barədə informasiyanın artmasına gətirib çıxara bilər.