Apr 09, 2025 11:12 Asia/Baku
  • “ABŞ Türkiyəyə F-35 qırıcılarını satmamalıdır”

Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu Tramp administrasiyasının Türkiyəyə F-35 qırıcılarının satışının qarşısını almağa çalışır.

Bu barədə Londonda yerləşən “Middle East Eye” (MEE) analitik nəşri iki yüksək rütbəli Qərb rəsmisi də daxil olmaqla üç müstəqil mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio Türkiyə ilə sıx əlaqələr saxlamağın tərəfdarı olsa da, İsrail heç bir ssenari üzrə F-35 təyyarələrinin Türkiyəyə verilməsində maraqlı deyil. Bununla əlaqədar Netanyahu artıq mart və aprel aylarında Rubio ilə çoxsaylı təmaslar zamanı bu məsələni qaldırıb.

Mənbələr bildirir ki, Netanyahu özəl olaraq Donald Trampı razılaşmadan imtina etməyə inandıracağına söz verib.