Misirin XİN: Qəzzədə atəşkəs üçün yeni təklif təqdim etmişik.
Apr 10, 2025 16:45 Asia/Baku
Misirin xarici işlər naziri Qəzzədə qarşıdurma yaşayan tərəflər arasında atəşkəs və əsir mübadiləsi ilə bağlı yeni bir təklif irəli sürdüklərini bildirib və bu planın qəbul olunacağına ümid etdiyini ifadə edib. O ümid edib ki, iki tərəf təklifi qəbul edəcək, müharibə dayanacaq və Qəzzəyə humanitar yardım çatdırılacaq. Əbdüləti bildirib ki, Misir Fələstinlilərin torpaqlarından köçürülməsinə qəti şəkildə qarşıdır və bunu qəbuledilməz sayır.