BMT: Oman danışıqlarının nəticəsinin müsbət olacağına ümid edirik
BMT-nin sözçüsü Stefan Düjarrik Omanda İran və ABŞ arasında keçiriləcək dolayı danışıqlar ərəfəsində bu danışıqların uğurlu olacağına ümid etdiyini bildirib.
BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə ABŞ və İran arasında şənbə günü Omanda keçiriləcək dolayı danışıqlarla bağlı suala cavab olaraq, deyib: "Nüvə məsələlərini Beynəlxalq Atom Enerjisi Agentliyi idarə edir və onlar hələ də İranla əlaqədədirlər".
Düjjarik Oman danışıqları ilə bağlı deyib: "Biz çox ümid edirik ki, Omanda şənbə günü baş tutacaq danışıqların nəticəsi müsbət olacaq və İran və ABŞ iki ölkə arasındakı gərginliyi azaltmaq üçün bir çox həll edilməmiş məsələləri həll edə biləcəklər".
BMT sözçüsü əlavə edib: "Biz Omanda deyilik və İranın Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında öhdəlikləri yerində qalır".