Apr 13, 2025 11:30 Asia/Baku
  • Ağ Ev: İranla danışıqlar çox müsbət və konstruktiv idi

Ağ Ev bir bəyanatda bildirib ki, Seyid Abbas İraqçı və Stiv Uitkoffun həmsədrlikləri altında Maskatda İranla keçirilən son danışıqlar çox müsbət və konstruktiv olub.

Müzakirələrə ev sahiblliyi etdiyinə görə, Omana təşəkkür edən Ağ Ev bildiribdir ki, Trampın xüsusi elçisi Stiv Uitkoff Birləşmiş Ştatlarla İran arasındakı ixtilafları dialoq və diplomatiya yolu ilə həll etmək missiyasına malikdir. Müzakirələr aprelin on ikisində keçirilib və tərəflər aprelin on doqquzunda bir daha görüşmək qərarına gəliblər.Görüşdə mürəkkəb məsələlər ətrafında fikir mübadiləsi aparan Uitkoff və İraqçı, müzakirələr atmosferini konstruktiv adlandırıblar.Tərəflər növbəti iclası gələn həftə keçirmək barədə razılığa gəliblər və ehtimal üzrə müzakirələrin məkanı dəyişəcək.Danışıqlar üzrə zaman cədvəlinə çatmaq imkanına işarə edən İraqçı, müzakirələrin ehtiva etdiyi məsələlərin önəmini vurğulayıb.