Minlərlə amerikalı Trampa etiraz edir
https://azeri.sahartv.ir/news/dünya-i419881-minlərlə_amerikalı_trampa_etiraz_edir
Minlərlə amerikalı Nyu-York, Vaşinqton və digər şəhərlərdə geniş aksiyalar keçirərək, prezident Donald Tramp və onun siyasətlərinə qarşı öz etirazlarını bildiriblər.
(last modified 2026-02-08T08:03:34+00:00 )
Apr 20, 2025 11:19 Asia/Baku
  • Minlərlə amerikalı Trampa etiraz edir

Minlərlə amerikalı Nyu-York, Vaşinqton və digər şəhərlərdə geniş aksiyalar keçirərək, prezident Donald Tramp və onun siyasətlərinə qarşı öz etirazlarını bildiriblər.

"Frans Press"in məlumatına görə, etirazçılar yerli vaxtla şənbə günü Nyu-Yorkun əsas kitabxanası qarşısında keçirilən nümayişdə "Krallara Amerikada yer yoxdur" və "Tiranlığa müqavimət göstərin" şüarları səsləndiriblər.

Etirazçılar, həmçinin Trampın sənədsiz miqrantları deportasiya etməsinə də etiraz ediblər və “Burada miqrantlar yaxşı qarşılanır” şüarları səsləndiriblər.

Vaşinqtonda etirazçılar Trampın ABŞ Konstitusiyasına təhlükə hesab etdikləri hərəkətlərinə qarşı nümayiş keçiriblər.

San-Fransiskodakı etirazçılar da Trampın impiçment edilməsini və vəzifəsindən kənarlaşdırılmasını tələb ediblər.

İki həftə əvvəl də minlərlə insan ölkə boyu keçirilən etiraz aksiyalarınd iştirak edərək, Trampın siyasətlərinə etiraz ediblər.