Papa Fransisk vəfat edib
https://azeri.sahartv.ir/news/dünya-i419889-papa_fransisk_vəfat_edib
Vatikan Roma Papası Fransiskin 88 yaşında vəfat etdiyini rəsmən açıqlayıb.
(last modified 2025-04-21T10:25:55+00:00 )
Apr 21, 2025 10:02 Asia/Baku
  • Papa Fransisk vəfat edib

Vatikan Roma Papası Fransiskin 88 yaşında vəfat etdiyini rəsmən açıqlayıb.

O, 14 fevral 2025-ci ildə bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bu müddət ərzində onun səhhəti pisləşmişdi və həkimlər ona ikitərəfli pnevmoniya diaqnozu qoymuşdular.

Roma yepiskopu və Katolik Kilsəsinin rəhbəri olan pontifik 2013-cü ildə sələfi XVI Benediktin istefasından sonra Papa olmuşdu.

Son illər o, bir neçə dəfə xəstəxanaya müraciət edib və səhhəti ilə bağlı narahatlıqlarla yadda qalıb.