Apr 22, 2025 17:40 Asia/Baku
  • Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verib

Harvard Universiteti 2,2 milyard dollardan çox federal maliyyənin dondurulmasının qarşısını almaq və öz azadlığını qorumaq üçün Tramp administrasiyasına qarşı iddia qaldırıb.

ABŞ prezidenti Donald Tramp onun fikrincə universitet mühitində antisemitizmə nəzarət etməkdə uğursuz olan Harvard, Kolumbiya və digər universitetlərə ayrılan maliyyəni dondurub. 

Harvard Universitetinin Boston federal məhkəməsində qaldırdığı iddiada deyilir ki, Tramp böyük universitetlərdə qabaqcıl tədqiqatların maliyyələşdirilməsinə geniş hücuma keçib. Çünki o, universitetlərdə antisemitizmin və ideoloji təəssübkeşliyin kökünü kəsməyə çalışır.

Tramp Harvard Universitetindən 2023-cü ilin oktyabr ayından etibarən kampusda antisemitizm və müsəlmanlara qarşı qərəzli münasibərlə bağlı hazırlanmış bütün hesabatlara giriş imkanı verməsini tələb edib.