ABŞ mediası xəbər verib
200-dən çox sabiq amerikalı rəsmi Trampın siyasətləri qarşısında müqavimət edilməsini istəyib
Bir amerikan media bildirib ki: İki yüzdən çox keçmiş amerikalı milli təhlükəsizlik rəsmisi və peşəkar diplomat açıq bir məktubda «Tramp hökumətinin demokratiyaya hücumu» adlandırdığı məsələ qarşısında müqavimət göstərilməsini istəyib.Məktubu imzalayanlar xəbərdarlıq ediblər ki, Amerikanın dünya rəhbərliyinin etik bünövrəsi təhlükə altındadır.Bu informasiyanı yayan CNN telekanalının məlumatına görə, məktubun bir hissəsində deyilir: Bu problem içəridən mənşə alır, zira, prezident Tramp və onun hökuməti bizim daxildəki demokratiya sütunlarımıza və dünya səviyyəsindəki qüdrətimizə hücum ediblər.CNN-in məlumatına əsasən, məktub müəllifləri ABŞ prezidentinin ölkə daxili və xariciindəki hərəkətləri barədə öz nigarançılıqlarını ifadə ediblər.Onlar ticarət rəhbərlərindən istəyirlər ki Trampın fəlakətli ticarət siyasətini pisləsinlər. Məktub müəllifləri habelə səhiyyə və araşdırma müəssisələrindən istəyirlər ki tibbi araşdırmalar üzrə qeyri-partiya büdcəsi ilə elmi müdafiə etsinlər.Medialar və universitetlərdən söz azadlığını qorumalarını istəyən iki yüzdən çox sabiq amerikalı rəsmi həmçinin hüquq şirkətlərindən istəyir ki hökumətin nəzarət və müvazinət üzrə hüquqi sistemi zəiflətmək üzrə təzyiqləri qarşısında müqavimətlə qanun hakimiyyətinin qoruyucuları olaraq qalsınlar.