Apr 26, 2025 11:40 Asia/Baku
  • Konqresmen Azərbaycana od püskürdü - AKTUAL

ABŞ hökuməti erməni təəssübkeşliyini əsas tutaraq Azərbaycan Respublikasına qarşı təzyiqlərini davam etdirir.

ABŞ konqresmeni Adam Şiff qondarma erməni soyqırımının 110-cu ildönümü ilə əlaqədar keçirilən anım mərasimindən foto paylaşaraq yazıb: “Erməni soyqırımının 110-cu ildönümü münasibətilə Qlendeyl erməni icması iləyik. Biz Azərbaycanın davamlı təcavüzünə qarşı durmalı və erməni hərbi əsirlərin azad edilməsində israr etməliyik. Biz ədalət tələb etməliyik”.

ABŞ dövlət katibi Marko Rubio da özünün X səhifəsində “soyqırımı”n 110-cu ildönümünü qeyd edərək yazıb: “Erməni xalqı ağlasığmaz itkilərə baxmayaraq, dözdü və qalib gəldi. Bu gün biz Mets Yeğern-i təkcə matəmlə deyil, həm də qətiyyətlə xatırlayırıq. Biz keçmişə hörmət edirik və Ermənistanda və regionda davamlı sülh, firavanlıq və təhlükəsizlik naminə çalışmağı səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, ABŞ-ın eks prezidenti Co Bayden 2022-ci il aprelin 21-də bir bəyanatda Osmanlı hakimiyyəti dövründə erməni soyqırımını tanıdı.

O, bildirdi ki, “1915-ci il aprelin 24-də bir milyon yarım erməni Osmanlı imperiyası tərəfindən qırğın edilib”.

Türkiyə hadisə üçün soyqırım sözünün işlədilməsinin əleyhinədir və bu faciənin münaqişənin hər iki tərəfi üçün itkilərlə nəticələndiyini deyir.

Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, ABŞ Azərbaycana aidiyyəti olmayan erməni soyqırımını tənımaqla həm də bu ölkəyə qarşı psixoloji müharibə aparır, Ermənistanla sülh prosesində onun mövqeyini zəiflətmək yolunu tutub.