Misirli analitiklər: Trampın Süveyş kanalı ilə bağlı iddiasının hüquqi dəyəri yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i419961-misirli_analitiklər_trampın_süveyş_kanalı_ilə_bağlı_iddiasının_hüquqi_dəyəri_yoxdur
Misirli analitiklər ABŞ prezidenti Donald Trampın beynəlxalq səviyyədə öz hərəkətləri ilə qlobal nizamı pozmağa çalışdığını bəyan edərək, vurğulayıblar ki, onun Süveyş kanalı ilə bağlı son açıqlamalarının siyasi və hüquqi dəyəri yoxdur və ABŞ gəmiləri bu kanaldan keçmək üçün rüsum ödəməlidirlər.
(last modified 2025-04-28T13:45:30+00:00 )
Apr 28, 2025 17:44 Asia/Baku
  • Misirli analitiklər: Trampın Süveyş kanalı ilə bağlı iddiasının hüquqi dəyəri yoxdur

Misirli analitiklər ABŞ prezidenti Donald Trampın beynəlxalq səviyyədə öz hərəkətləri ilə qlobal nizamı pozmağa çalışdığını bəyan edərək, vurğulayıblar ki, onun Süveyş kanalı ilə bağlı son açıqlamalarının siyasi və hüquqi dəyəri yoxdur və ABŞ gəmiləri bu kanaldan keçmək üçün rüsum ödəməlidirlər.

Donald Tramp özünün "Truth Social" sosial media platformasında  yazıb: "Amerika gəmilərinin, istər hərbi, istərsə də ticarət gəmilərinin Panama və Süveyş kanallarından sərbəst keçməsinə icazə verilməlidir. ABŞ olmasaydı, bu kanallar mövcud olmazdı".

Əl-Ərəbi Əl-Cədid xəbər portalı bir məqalədə onun bu açıqlamasının təhlilini aparıb və Misirin beynəlxalq hüquq üzrə ekspertlərinin məsələ ilə bağlı fikirlərini soruşub. 

Misirli beynəlxalq hüquq eksperti Kamal Yunis deyib: “Trampın sözləri cəfəngiyyatdır, reallıqdan uzaqdır, hüquqi və siyasi dəyəri yoxdur. Bu bəyanatlar Trampın qanun və müqavilələrdən xəbərsiz olduğunu göstərir. 1956-cı ildə Süveyş kanalının milliləşdirilməsi ilə bu kanal Misirin tam nəzarətinə keçdi və bu vəziyyət bu günə qədər olduğu kimi qalır".