Apr 29, 2025 09:46 Asia/Baku
  • Paşinyan: Biz Rusiya ilə münasibətləri gərginləşdirmək istəmirik!

Ermənistan baş naziri bəyan edib ki, onun ölkəsi Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.

Nikol Paşinyan bununla bağlı deyib: “Ermənistanla Rusiya arasındakı münasibətlər qarşılıqlı maraqlar üzərində dayanır və dayanacaq da. Amma mən çox aydın şəkildə demək istəyirəm ki, Ermənistanda çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətimiz yoxdur”.O, həmçinin Azərbaycan Respublikası ilə razılaşdırılmış sülh sazişi mətnini imzalamağa hazır olduğunu bildirib və ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında da Azərbaycanla ayrıca birgə bəyanatın imzalanmasını mümkün hesab edib.Paşinyan əlavə edib ki, lazımi addımları atmaqda qətiyyətlidir və mövcud problemləri konstruktiv dialoq və danışıqlar yolu ilə həll etməyə hazırdır.