Putin Amerika hökumətinin təzyiqlərinə müqavimət göstərir
İrəliləyiş olmasa, ABŞ Ukrayna ilə bağlı danışıqlardan çıxacaq
ABŞ, administrasiyası Rusiya və Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllində irəliləyiş olmadığı təqdirdə, vasitəçi rolundan imtina etmək niyyətindədir.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs brifinqdə dövlət katibi Marko Rubiodan sitat gətirərək bildirib: “Hər iki tərəf bu münaqişəyə son qoymağın konkret təkliflərini təqdim etməlidir. Əgər irəliləyiş olmasa, biz bu prosesdə vasitəçi rolundan imtina edəcəyik”.
ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı bildirib ki, indi Moskva və Kiyevdən Ukraynada müharibəyə son qoymaq üçün konkret təkliflər vermə vaxtıdır. O, heç bir irəliləyiş olmazsa, ABŞ-ın vasitəçi kimi geri çəkiləcəyi barədə xəbərdarlıq edib".Ukrayna prezidenti Volodimir Zelenski torpaq transferinin onun qırmızı xətti olduğunu vurğulayır.
Ukrayna xarici işlər nazirinin müavini Mariana Betsa Təhlükəsizlik Şurasına deyib ki, Rusiya Ukraynanın təslim olmasını istəyir, ancaq Kiyev nəyin bahasına olursa olsun sülhü qəbul edə bilməz.Onun sözlərinə görə, Ukrayna ölkənin müvəqqəti işğal olunmuş ərazilərini, o cümlədən Rusiyanın 2014-cü ildən bəri əlində olan Krımı heç vaxt Rusiya kimi tanımayacaq.
Xatırladaq ki, Donald Tramp Ukraynaya Krımda Rusiyanın nəzarətini tanıyan sülh planını qəbul etməsi üçün təzyiq etməyə çalışır.
Rusiya bəyan edib ki, Ukraynada ələ keçirdiyi ərazilərin ilhaqının beynəlxalq səviyyədə tanınması istənilən sülh danışıqlarının əsas şərtidir.