May 02, 2025 12:52 Asia/Baku
  • Ukrayna müharibəsi bu tezliyə bitməyəcək

Trampın müavini Ukrayna müharibəsinin yaxın gələcəkdə başa çatmayacağını bildirib.

ABŞ prezidenti Donald Tramp Ağ Ev-ə gəldiyi zamandan bəri özünün ilk prioritetini Ukrayna savaşına və Vaşinqtonun bu münaqişədəki müdaxiləsinə son qoymağı qərar verib. Bununla belə, ixtilafların dərinliyi təcili bir atəşkəsə çatmağa mane olubdur.

Bu əsasda, Trampın müavini Ceyms Devid Vens, Fox-Nyus-la müsahibədə Ukrayna müharibəsinin yaxın gələcəkdə başa çatmayacağını bildirib.

Tramp hökumətinin bu müharibəyə son qoymaq üzrə səyinə toxunan Vens belə deyib: Hər iki tərəfin, yəni rusların və ukraynalıların bir-birilərinin sülh şərtlərindən xəbərdar olduqları hazırkı şəraitdə razılığa çatmaq, həmçinin bu vəhşicəsinə və qəddarcasına döyüşləri dayandırmaq/ onların özlərindən asılıdır.

Bu sözlərin fonunda qeyd edək ki, Tramp hökumətinin rəsmiləri, o sıradan, dövlət katibi Marko Rubio, bildiriblər ki: Münaqişə tərəflərinin müharibəyə həmişəlik olaraq son qoymaq məqsədilə əhatəli bir həll yoluna çatmaları mümkün olmazsa, Amerika sülh danışıqlarındakı vasitəçilik rolundan kənara çəkiləcək.

Amerika son zamanlar Ukrayna ilə mədən resursları ilə bağlı razılaşma imzalayıb. Bu məsələ Vaşinqtonun Rusiya ilə müharibədə Ukraynanı himayə edəcəyi ilə bağlı, Kiyev rəsmiləri arasındakı ümidvarlıqları artırıbdır.