Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa uçuşlar nəzərdə tutulub
https://azeri.sahartv.ir/news/dünya-i420023-tehran_və_təbrizdən_bakıya_və_əks_istiqamətdə_birbaşa_uçuşlar_nəzərdə_tutulub
Yaxın zamanda Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.
(last modified 2025-05-06T05:17:49+00:00 )
May 06, 2025 07:46 Asia/Baku
  • Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa uçuşlar nəzərdə tutulub

Yaxın zamanda Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.

Trend-in məlumatına görə, İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Mərkəzinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib ki, Tehran-Bakı hava reysləri həftədə 4 gün, Təbriz-Bakı reysləri həftədə iki gün təşkil olunacaq.

Nazir müşaviri qeyd edib ki, hal-hazırda İranın Mülki Aviasiya Təşkilatı Azərbaycanın əlaqədar qurumları ilə müzakirə aparır və bu reyslərin tezliklə açılması üzrə ekspertlər tərəfindən işlər görülür.