ABŞ-ın Yəmənə 1000-ci hava hücumu:
Hərbi təcavüz niyə yəmənlilərin iradəsini qıra bilmir?
ABŞ Yəmənə qarşı mindən çox hücum təşkil etdiyini və bununla bağlı İsrail rejimi ilə koordinasiyasını davam etdirəcəyini açıqlayıb.
Yəmənə mindən çox hava hücumundan sonra ABŞ nəinki bu ölkənin müqavimətini qıra bilməyib, həm də ağır tələfatla üzləşib.
Bu hücumlar Qırmızı dənizin təhlükəsizliyinə və Qəzzədə baş verən proseslərə birbaşa təsir edir və Vaşinqtonun bölgədəki hərbi strategiyasının uğursuzluğunu artırır.
2025-ci il martın 15-də ABŞ Yəmən qüvvələrinin Qəzzəyə dəstək əməliyyatlarını dayandırmaq üçün bu ölkəyə qarşı kütləvi hücumlara başlayıb. Bununla belə, Yəmən ordusu hücumlarını davam etdirməklə yanaşı, Amerika gəmilərini və İsrail rejimi ilə əlaqəli gəmiləri də hədəfə alır.
Maraqlıdır ki, Amerika müharibəyə “bədəvi insanlar” ideyası ilə daxil oldu, lakin qabaqcıl texnologiyalarla silahlanmış və təcrübəli bir qüvvə ilə üzləşmişdir.
ABŞ ordusu Yəmənə qarşı təcavüzündə B-2 bombardmançı təyyarələrindən və bunker qıran bombalardan istifadə etməsinə baxmayaraq, Ənsarullahın müqavimətini qıra bilməyib. Üstəlik 27 MQ-9 Reaper pilotsuz təyyarəsini və iki ədəd F-18 qırıcısını əldən verib.
Eyni zamanda “Harri Truman” təyyarədaşıyan gəmisi yəmənli mücahidlərin qorxusundan Yəmən sahillərindən 1000 kilometr uzaqlıqda yerləşmək məcburiyyətində qalıb.
Belə olan halda sual yarranır: Amerika niyə Yəmənə hücumunu dayandırmır?
Bu sualı belə cavablandırmaq olar:
1-ABŞ-dakı İsrail lobbisi Vaşinqtonun siyasətinə güclü təsir göstərir və sionist rejimə təzyiqləri azaltmaq üçün davamlı hücumlar tələb edir.
2. Hərbi-sənaye şirkətlərinin maraqları bu məsələdə təsirsiz deyildir.