Hindistan Pakistana hava zərbələri endirib
May 07, 2025 09:02 Asia/Baku
Pakistan ordusunun sözçüsü çərşənbə gününün ilkin saatlarında Hindistanın İslamabad hökumətinin nəzarəti altında olan Kəşmir bölgəsində üç nöqtəni hədəf aldığını açıqlayıb.
General Əhməd Şərif ölkənin hava qüvvələrinin Hindistan qırıcılarına qarşı tədbir gördüyünü və onların Pakistan hava məkanına daxil olmağa icazə vermədiklərini bildirib.
Pakistanda fövqəladə vəziyyət elan edildiyi və ölkədə uçuşların ləğv edildiyi açıqlanıb.
Lahor hava limanı eləcə də Pakistan hava məkanı bütün uçuşlar üçün bağlanıb.
Pakistan hökuməti və ordusu bundan əvvəl Hindistanın istənilən təcavüzünə tez və dərhal cavab veriləcəyini bəyan etmişdi.