Yəmən xalqının müqaviməti öz bəhrəsini verdi
ABŞ atəşkəs istəyib - TƏHLİL
ABŞ ilə Yəmən arasındakı müharibədə atəşkəs elan olunub.
ABŞ ilə Yəmən arasındakı müharibədə atəşkəs elan olunub.“Ənsarullah” hərəkatının sözçüsü və Yəmənin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdülsəlam bu barədə bildirib ki, Yəmən atəşkəs razılaşmasına baxmayaraq, Qəzzəni tək qoymayacaq və atəşkəs tələb edən də Amerika olub.Vaşinqtonun atəşkəs elan etmək qərarı bəri başdan Ənsarullahı durdurmaq və Yəmənin Qəzzəyə dəstəyini dayandırmaq üçün hərbi strategiyasının uğursuzluğunu əks etdirir.2025-ci il martın 15-dən başlayaraq ABŞ B-2 bombardmançı təyyarələri və MQ-9 pilotsuz təyyarələri kimi ən müasir silahlardan istifadə edərək, Yəmənə qarşı görünməmiş hava hücumlarına başladı.
Vaşinqtonun ilkin məqsədi Yəmənin Qırmızı dənizdə İsrailə və Amerika gəmilərinə qarşı raket hücumlarını dayandırmaq idi, lakin Ənsarullahın şiddətli müqaviməti və Amerika ordusunun ağır itkiləri bu strategiyanın qarşısını aldı.Məhz bunun nəticəsidir ki, qəfil və aşkar mövqe dəyişikliyi ilə ABŞ Yəmən müharibəsində atəşkəs elan etdi. Ənsarullahın sözçüsü Məhəmməd Əbdülsəlam bu xüsusda vurğulayıb ki, Vaşinqton Omanın vasitəsilə atəşkəs tələb etmişdir.Qeyd edək ki, ən azı 27 qabaqcıl Reaper pilotsuz təyyarəsinin vurulması və 800 milyon dollar itirməsi Amerikanın itkiləri sırasındadır.
Bu arada bildirilir ki, sionist rejim Amerikanın bu qərarından "dərin məyus" olub.Yəmənli mübarizlərin qələbəsi xarici mediada geniş rezonans doğurub. Bununla əlaqədar “Foreign Policy” və digər Qərb KİV-ləri Amerikanın Qırmızı dənizdəki məqsədlərinin iflasa uğradığını etiraf ediblər.Sual yaranır:
Bəs Amerika niyə geri çəkildi? Təxmini cavab belədir:
1. Səudiyyə koalisiyası ilə uzun illər müharibə təcrübəsi Yəmən ordusunu təchiz edilmiş və strateji qüvvəyə çevirdi.
2. Müharibə əsas məqsədlərə nail olmadan ABŞ-a ağır maliyyə yükünə çevrilmişdi və Tramp hökuməti bundan xilas olmaq istədi.