May 08, 2025 14:19 Asia/Baku
  • ABŞ polisi Kolumbiya universitetində 80 Fələstin tərəfdarı tələbəni saxlayıb

ABŞ polisi Nyu Yorkdakı Kolumbiya Universitetində Fələstin tərəfdarı olan etirazçılarla toqquşub və onlardan ən azı 80-i saxlanılıb.

"NBC News" kanalının məlumatına görə, onlarla Fələstin tərəfdarı etirazçı Kolumbiya Universitetinin əsas kitabxanasını ələ keçiriblər və universitetin təhlükəsizlik qüvvələri və polis cümə axşamı səhər onları kitabxanadan çıxarmağa cəhd ediblər. 

Lakin polis və təhlükəsizlik qüvvələrinin hərəkətləri etirazçılarla toqquşmaya səbəb olub və qarşıdurma universitetin kampusunun digər hissələrinə də keçib.

NBC News, nümayişlərdə 80 nəfərin həbs edildiyini bildirib.

Nyu York Polisi isə "şifahi xəbərdarlıqlara əməl etmədiklərinə görə" "bir neçə nəfərin" nəzarətə alındığını bildirsə də, onların dəqiq sayı ilə bağlı təfərrüatları açıqlamayıb.

Polis qarşıdurmada iki polis əməkdaşının yaralandığını iddia edib.

Reuters, Fələstin tərəfdarlarının Kolumbiya Universitetindəki bu etirazını İsrail rejiminin Qəzz zolağında törətdiyi cinayətlərə qarşı tələbə etirazlarının başlamasından bəri "universitet kampuslarında keçirilən ən böyük etiraz aksiyalarından biri" kimi qiymətləndirib.

Məlumata görə, etirazçılar Kolumbiya Universitetinin əsas kitabxanasında Fələstinə dəstək plakatları asıblar.