Zelenski: Ukrayna dərhal və qeyd-şərtsiz atəşkəsə hazırdır
May 09, 2025 12:31 Asia/Baku
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkəsinin Vaşinqtonun təklif etdiyi 30 günlük atəşkəsi dərhal qəbul etməyə hazır olduğunu bəyan edib. O, həmçinin Ukrayna ilə ABŞ arasında imzalanan iqtisadi əməkdaşlıq sazişini “tarixi sənəd” adlandıraraq, bu sənədin iki ölkə arasında yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb və əlavə edib: “Mən və cənab Tramp bu sazişin Ukrayna parlamenti tərəfindən təsdiqini alqışlayırıq.”