Putin İstanbulda Ukrayna ilə birbaşa danışıqlar istəyib
https://azeri.sahartv.ir/news/dünya-i420074-putin_İstanbulda_ukrayna_ilə_birbaşa_danışıqlar_istəyib
Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü İstanbulda Ukrayna ilə birbaşa danışıqlar təklifi ilə çıxış edib Rusiyanın münaqişənin köklərinin həllinə əzmkar olduğunu vurğulayıb.
(last modified 2025-05-11T03:32:03+00:00 )
May 11, 2025 06:49 Asia/Baku
  • Putin İstanbulda Ukrayna ilə birbaşa danışıqlar istəyib

Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü İstanbulda Ukrayna ilə birbaşa danışıqlar təklifi ilə çıxış edib Rusiyanın münaqişənin köklərinin həllinə əzmkar olduğunu vurğulayıb.

Kremldə jurnalistlərə müsahibə verən Putin, bildirib ki. Kiyev danışıqların 2022-ci ildə kəsilməsində məsuliyyət daşıyır və hazırda heç bir önşərt olmadan müzakirələrə geri dönməlidir. O həmçinin Rusiyanın sülhün bərqərarı üzrə səylərinə və öncəki atəşkəslərə işarə edib.Danışıqların heç bir önşərt olmadan İstanbullda bərpa edilməsini istəyən Rusiya prezidenti bu danışıqlarda yeni atəşkəs barədə razılaşma imkanına təkid edib.Rusiya dəfələrlə atəşkəs üzrə təşəbbüslər göstərib- deyən Putin qeyd edibdir ki Kiyev başçıları atəşkəs təkliflərindən heç birinə cavab verməyiblər.Fransa, Almaniya, İngiltərə, Polşa və Ukrayna başçıları da dünən Rusiya ilə önşərtsiz atəşkəs istəyiblər.