Avropalılar sionist rejimdən bezmişlər
Harris: Avropa İttifaqı İsraillə sazişi yenidən gözdən keçirməlidir
Avropa İttifaqı ilə İsrail arasında imzalanmış Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilməsi vacibdir.
İrlandiya baş nazirinin müavini, xarici işlər və müdafiə naziri Saymon Harris bu barədə deyib ki, sözügedən sazişdə insan hüquqları ilə bağlı müddəalar yer alır.
Onun sözlərinə görə, bu bəndlər münasibətlərin insan hüquqlarına hörmət əsasında qurulmalı olduğunu deyir. Bu sözlər yalnız kağız üzərində qalmamalıdır. Saziş təkrar gözdən keçirilməlidir. Dünya isə demək olar ki, heç bir tədbir görmür.
Saymon Harris avropalı həmkarları ilə bu mövzunu müzakirə etmək istədiyini də qeyd edib. O, zorakılığın dayandırılması, humanitar yardımların artırılması və bütün əsirlərin dərhal azad olunması üçün mümkün olan hər şeyin edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, sionist İsrailin Qəzzədə həyata keçirdiyi söyqırımı nəticəsində 53 min günahsız fələstinlinin qətliam edilməsi bu rejimi bütün dünyada qınaq obyektinə çevirib.